23 dekabr 2025 11:34
109

Rəşad Nəbiyev: Rəqəmsal mühit uşaqlar üçün müəyyən təhlükə də yaradır

Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlar üçün müəyyən təhlükə də yaradır.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır:

"Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırıması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi əsas istiqamətlərdir".