Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, müxtəlif dövlət və özəl qurumların, işgüzar birliklərin və palataların nümayəndələri iştirak edir. Forumda regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və IV Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.
Xatırladaq ki, I Azərbaycan–Türkiyə İnvestisiya Forumu 2023-cü ilin dekabr ayında keçirilib.
Türkiyə rəsmisi: Azərbaycanla Sərbəst ticarət sazişinin imzalanması üzrə hazırlığa başlanılıb
“İslahat İcmalı”nın xüsusi buraxılışı: “Enterprise Azerbaijan” portalının “Startup School” layihələri
Türk İnvestisiya Fondunun yaradılması region daxilində strateji əhəmiyyət daşıyır