Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib