Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus avtomobil qaçırılıb. Zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib