Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.