22 dekabr 2025 01:19
88

ABŞ istehsal etmədiyi mallara tətbiq olunan rüsumları ləğv etməyə hazırdır

Vaşinqton administrasiyası ABŞ-da istehsalı planlaşdırılmayan xarici mallara tətbiq edilən gömrük rüsumlarını ləğv etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib. Onun sözlərinə görə, bəzi məsələlərə yenidən baxıla bilər. “Məsələn, biz qəhvəni ABŞ rüsumlarının təsir dairəsindən çıxarmaq qərarına gəldik, çünki ABŞ-da qəhvə böyük həcmdə istehsal olunmur”, – deyə Hasset CBS telekanalının efirində vurğulayıb.

O əlavə edib ki, ticarət danışıqları üzrə ABŞ nümayəndəsi Ceymson Qrir hazırda tariflərin mümkün ləğvi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üzrə işi koordinasiya edir.