Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saat endirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib