Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
“İki sahil” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,38 dollar və ya 0,59 faiz artaraq 64,25 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik
Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı