Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qəza yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Müəyyən edilib ki, "Renault" markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq
“Yay məktəbi”nin iştirakçıları deputat Hikmət Babaoğlu və yazıçı Elxan Elatlı ilə görüşüb