Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
“İki sahil” Energetika Nazirliyinə istinadla xəbər verir ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik
Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı