"Bu ildən etibarən rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkə üzrə məhsul festivallarının keçirilməsinə start verilib”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivallarının yekununa həsr edilmiş tədbir çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlamasında biıdirib.
Onun sözlərinə görə, ümumilikdə 11 iqtisadi rayonda 19 məhsul festivalı təşkil olunub. Onlardan 12-si birbaşa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilib.
Mərkəzin direktoru bildirib ki, cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub. Müqayisə üçün qeyd edilib ki, ötən il bu göstərici 6 milyon manat təşkil edib.
Anar Cəfərov vurğulayıb ki, festivallar zamanı kredit yarmarkaları da təşkil olunub və maliyyə qurumları prosesdə aktiv şəkildə iştirak ediblər. Eyni zamanda fermerlərin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təqdimatlar və praktiki nümayişlər keçirilib.
Onun sözlərinə görə, il ərzində regionlarda ümumilikdə 14 panel müzakirəsi təşkil olunub. Bu müzakirələr zamanı fermerləri maraqlandıran suallar yerindəcə cavablandırılıb, qarşıya çıxan problemlər və gözləntilər ətrafında açıq fikir mübadiləsi aparılıb.
Orxan Vahidoğlu, "İki sahil"
Anar Cəfərov: Bu tədbirlər kənd təsərrüfatı şirkətləri ilə fermerlər arasında işgüzar əlaqələrin qurulmasına yönəlib
SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb
Qadınların istehsal proseslərinə cəlb olunması həm sosial rifaha, həm də ərzaq təminatının güclənməsinə mühüm töhfə verir - Səkinə Babayeva