Artıq üç ildir ki Özbəkistanla Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf edir. Bir il əvvəl Azərbaycan Mədəniyyət Günləri Özbəkistanda, Daşkənd şəhərində böyük coşqu və qonaqpərvərliklə keçirilib. Ondan iki il əvvəl isə Özbəkistan Mədəniyyət Günləri Azərbaycan Respublikasında təşkil olunub.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Bahodir Əhmədov deyib.
“Bu gün isə Özbəkistan Mədəniyyət Günləri Bakı şəhərində, həmçinin Füzuli şəhərində keçirilir. Bu proqramın hazırlanmasına böyük diqqət göstərilib, bütün detallar əvvəlcədən planlaşdırılıb, ciddi hazırlıq işləri aparılıb”, – deyə nazir müavini qeyd edib.
Bahodir Əhmədov vurğulayıb ki, bu tədbir mədəniyyətlərimizin bir-birini necə zənginləşdirdiyini, ortaq köklərimizin və qardaşlığımızın nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirir.
Firudin Qurbanov: "Mənəvi və əxlaqi dəyərlərə xüsusi həssaslıqla yanaşılmalıdır