"Barselona"nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu, La Liqanın XVI turunda "Osasuna"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb.
37 yaşlı hücumçu ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb. Hücumçu daha əvvəl XV turda səfərdə "Betis" üzərində 5:3 hesablı qələbə qazandıqları matçı da ehtiyat oyunçular skamyasından izləmişdi.
Qeyd edək ki, "Barselona" hazırda 43 xalla turnir cədvəlində lider mövqeyindədir.
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar