İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin La Liqanın XVI turunda "Osasuna" ilə (2:0) oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib.
"İki sahil" "Catalunya Radio"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu budunun arxasındakı problemlər üzündən oyunda iştirak etməyib. Buna baxmayaraq o, ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, R.Levandovski cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 17 matçda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 9 milyon avro qiymətləndirir.
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar