"PSJ"nin sabiq futbolçusu Tiaqo Silva Paris klubunda hücumçular Kilian Mbappe ilə Neymar arasında yaranan münaqişə barədə danışıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Goal" nəşrinə müsahibəsində danışıb. "PSJ-də Mbappe və Neymar ilk vaxtlar yaxşı anlaşırdılar, lakin zaman keçdikcə münasibətləri pisləşdi. Niyə? Bu gözəl hekayədir. "Monako" ilə Superkubok matçını yaxşı xatırlayıram. Oyundan sonra Mbappe yanıma gəldi və dedi: "Neymar müqavilə imzalasa belə, mən də bu komandanın bir hissəsi olmaq istəyirəm. Əgər bacarırsansa, prezidentlə danış.
Onların münasibətləri heyrətamiz olub, çox yaxın idilər və hər gün ən çox əylənən onlar idi. Niyə ayrıldıqlarını da heç vaxt başa düşmədim. Artıq PSJ-də deyildim, ona görə də ayrılığa kimin səbəb olduğunu bilmirəm, amma kədərləndim", - Silva bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ildə, Mbappe isə 2024-cü ildə PSJ-dən ayrılıb.
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar