"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında bir klubun heyətində göstərdiyi nəticələrə görə rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Opta Sports" statistika platforması məlumat yayıb. Belə ki, dekabrın 13-də forvard "Brayton"la oyunda məhsuldar ötürmə verib. Bu isə Məhəmməd Salahın "Liverpul" formasında 277-ci üstünlüyüdür. Misirin 33 yaşlı hücumçusu Premyer Liqada "Mançester Yunayted"in oyunçusu olmuş Ueyn Runinin rekordunu keçib. Məlumat üçün bildirək ki, Runinin qol və məhsuldar ötürmə sayı 276-ya bərabərdir.
Bu həftə Çempionlar Liqasında "İnter"ə qarşı oyunda (1:0) məşqçilər korpusu Salahı oyuna salmayıb. Səbəb isə onun baş məşqçi Arne Slotu tənqid etməsidir. Çünki Slot son üç oyunda hücumçünu ehtiyat oyunçular skamyasında saxlayıb. Futbolçu bildirib ki, "Brayton"la oyundan sonra Afrika Millətlər Liqasında iştirak üçün Misir yığmasının toplanış məntəqəsinə yola düşəcək.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul" forması ilə 20 oyun keçirib, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. İngilis klubu ilə onun müqaviləsi 2027-ci ilin yayında tamamlanacaq.
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar