Xəzər dənizində zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.