13 dekabr 2025 20:50
92

Bakı Xətai Sənət Mərkəzinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə kitab təqdimatları keçirilib

Bakı Xətai Sənət Mərkəzinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13 dekanr 2025- ci il tarixində Nəsib Abidin "Səringül Sadə və onun söz dünyası" və  "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitablarının 1- ci və 2-ci cildlərinin təqdimatı keçirildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri  Güllü Eldar Tomarlı qonaqları salamladı və  Nəsibin Abidin yaradıcılığı və yeni işıq üzü kitablar haqqında məlumat verdi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

Söz Nəsib Abidə verildi. O, qeyd etdi ki, bu günümüzün işığında yazıb yaradan şairlər haqqında, eləcə də digər peşə sahibləri - həkim, jurnalist, rəssamlar haqqında yazılarım, araşdırmalarım dərc olunub. "Səringül Sadə və onun söz dünyası" kitabımda şairin yaradıcılığı təhlil etmişəm onun ömür yolunu işıqlandırmağa çalışmışam, müxtəlif səpgidə poeziya nümunələrini incələmişəm. Şairin lirik şeirlərində onun poetik dünyasını, şeirindəki incə lirizmi təhlil etmişəm. 
Sonra şair Səringül Sadə öz çıxışında onun yaradıcılığına dəyər verdiyi üçün müəllifə dərin təşəkkürünü bildirdi.Qeyd etdi ki, müəllif mənim poetik dünyamı olduğu kimi ifadə edib. Mənim poetik duyğularım kitabda düzgün əks olunub.

Tədbirdə şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, şərəfli döyüş yolu keçmiş, 44 vətən müharibəsinin qəhrəman oğullarından olan qazi Nadir Həsənli, alim, şair, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Qacar,, Ədəbi Tədbirlər Birliyinin qurucusu, Qafqaz Eksperimental dram teatrının direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin idarə heyətinin üzvləri- Səyalı Dadaşova, şair Qulu Xaləddin oğlu, şair Brilyant Atəş,  şairlərdən- İldırım Əliş oğlu,  İlham Qazaxlı və başqaları öz çıxışlarında müəllifi təbrik etdilər, kitab haqqında fikirlərini bildirdilər, müəllifə uğurlar dilədilər.

Sonda Güllü Eldar Tomarll Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova, müavini Nəzakət Əvəzova və  tədbir iştirakçılarına təşəkkürünü bildirib.