13 dekabr 2025 20:04
110

Səudiyyə Ərəbistanının hansı klubu onu transfer etmək istəyir?

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedəcək.

"İki sahil"Səudiyyə Ərəbistanının “İdman” telekanalına istinadla xəbər verir ki, səfər yaxın günlərdə baş tutacaq. Səfərin məqsədi haqqında isə məlumat verilməyib. Medianın yazdığına görə, “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırıldıqdan sonra Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu təcrübəli forvardı transfer etmək istəyir. Qeyd olunur ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib. Bu baxımdan, misirli futbolçunun Səudiyyə Ərəbistanına qəfil səfəri barədə xəbərlər futbol ictimaiyyətinin diqqətini çəkib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub.

Cari mövsümdə klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.