Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
"İki sahil" KİV-lərə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur. "Fənərbaxça" ingiltərəli vingerin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayacaq. Super Liqa klubu "qırmızı şeytanlar"la 6 aylıq sözləşməsi qalan 25 yaşlı ön xətt oyunçusunu münasib qiymətə transfer edə biləcəyinə ümid edir.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya keçib.
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar