Azərbaycan və ABŞ potensial sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb. Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə görüşdə olub.
"Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq", - deyə nazir qeyd edib.
BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik
Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı