Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu Misir millisi və “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt-sterlinq məvacib təklif edilib.
Təcrübəli forvard “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub.
Cari mövsümdə misirli hücumçu klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var