ABŞ-nin "İnter Mayami" klubu uruqvaylı hücumçusu Luis Suaresi komandada saxlamağı düşünür.
“İki sahil” "ESPN" nəşrinə istinadla xəbər verir ki, klub müqavilə müddəti bu ilin sonunda başa çatacaq 38 yaşlı futbolçunun sözləşməsini yeniləməyin yollarını axtarır.

Hazırda tərəflər arasında danışıqlar aparılır.
L.Suaresin karyerasında ilk dəfə çıxış etdiyi ölkəsinin "Nasyonal" komandasına qayıtmaq ehtimalı da var.
Qeyd edək ki, Suares 2024-cü ildə "İnter Mayami"yə keçib. Bu mövsüm o, 32 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var