Misli Premyer Liqasında XIV turunda "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib.
“İki sahil” xəbər verir ki, "Liv Bona Dea Arena"dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib.
Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 23 xalla altıncıdır. 6 xalı olan "Kəpəz" isə on birinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub