Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı start götürəcək.
“İki sahil” xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq. Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Turnirə dekabrın 11-də yekun vurulacaq.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var