UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək VI tur oyununun hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Rade Obrenoviçə Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Boroşak olacaq.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var