İran, Rusiya və bəzi ərəb ölkələrinin təxminən 50 vətəndaşı ABŞ-dan çarter reysi ilə deportasiya edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Times" qəzeti iki adı açıqlanmayan İran rəsmisinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, təxminən 50 İran vətəndaşını, eləcə də Rusiya və ərəb ölkələrindən deportasiya edilənləri daşıyan təyyarə Arizona ştatının Mesa hava limanından yola düşüb və Misir və Küveytdə dayanacaq.
Qeyd olunur ki, rusların və ərəb vətəndaşlarının Qahirədə enişi gözlənilir.
Ukraynaya hərbi yardım 2025-ci ilin ikinci yarısında əhəmiyyətli dərəcədə azalıb