Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.
“İki sahil” Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 1,2 % çoxdur.
Büdcə gəlirləri proqnozdan 0,9 % çox icra edilib.
Son nəticədə 11 ayda büdcədə 4 milyard 210,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 39,5 % çoxdur.
BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik
Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı