Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq

08 dekabr 2025 00:17
225

Yasamal rayonunda aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 08.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir işləri aparılan müddətdə A.M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7, 8, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.