Göygöl rayonunda ağır yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb. Belə ki, "NİVA" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü M.Kalpanov hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.