Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var