"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, mersisaydlıların Premyer Liqanın XV turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin növbəti dəfə narazılığına səbəb olub.
Buna görə Slotun Stiven Cerrardla əvəzlənməsi gündəmdədir. 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir. O, hazırda işsizdir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və 504 matçda 120 qol vurub. Adıçəkilən komanda hazırda Premyer Liqada 23 xalla səkkizinci sırada yer alıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub