ABŞ-nin Las-Veqas şəhərində UFC 323 turniri keçirilib.
“İki sahil” xəbər verir ki, turnirin əsas döyüşündə yüngül çəki dərəcəsində titulun sahibi gürcüstanlı Merab Dvalişvili və keçmiş çempion rusiyalı Pyotr Yan mübarizə aparıblar.
Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Yanın qələbəsi ilə başa çatıb (49-46, 49-46, 48-47).
Beləliklə, o, UFC çempionluq kəmərini geri alıb. Xatırladaq ki, Dvalişvili 2023-cü ilin mart ayında Yanı hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.
Gecənin digər titul döyüşündə ən yüngül çəki kateqoriyasında (57 kq) Coşua Van Alexandre Pantojanı məğlub edərək çempion adını qazanıb.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var