07 dekabr 2025 11:02
106

Tramp artistlərə medal təqdim edib

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhur artistə ifaçılıq sənətinin inkişafındakı görkəmli töhfələrinə görə Kennedi Mərkəzinin medalını təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə "PBS News Hour" telekanalına istinadən xəbər verir.

Ağ Evdə baş tutan mərasimdə mükafata "Kiss" rok-qrupu, aktyor Silvestr Stallone və müğənni Qloriya Qeynor layiq görülüblər. Britaniyalı aktyor Maykl Krouford və kantri müğənnisi Corc Streyt də laureat olublar.

ABŞ lideri Stalloneyə mükafatı təqdim edərkən deyib: "Dostum görkəmli insandır, həqiqətən böyük kino ulduzlarından biridir. Onların sayı indi azalıb".

Tramp mükafatı təqdim edərkən müasir kinoda "əfsanə" adına layiq görüləcək az sayda aktyor olmasından şikayətlənib.