07 dekabr 2025 09:21
108

Bu dəfə yenidən çəkiləcək

"Sony Pictures" "Qara geyimli adamlar" ("Men in Black") franşizasının beşinci filmi üzərində işə başladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, layihə artıq hazırlıq mərhələsindədir.

Yeni filmin ssenarisini Kris Bremner yazır. O, ssenarini tamamladıqdan sonra Uill Smitə təqdim edəcək. Aktyorun filmə qayıdıb-qayıtmayacağı, həmçinin hansı rolda çıxış edəcəyi hələlik məlum deyil.

Tommi Li Consun da layihəyə qoşulub-qoşulmayacağı açıqlanmayıb və süjet xətti sirr olaraq saxlanır.

Qeyd edək ki, "Qara geyimli adamlar" eyni adlı "Marvel" komiks seriyasına əsaslanır. Rejissor Barri Sonnenfeldin çəkdiyi ilk film 1997-ci ildə təqdim olunmuşdu və Yer üzərindəki yadplanetli fəaliyyətinə nəzarət edən gizli təşkilatın agentlərindən bəhs edirdi.