Bundesliqanın 13-cü turunun ikinci oyun günündə “Leypsiq” və “Bavariya” böyükhesablı qələbə qazanıblar.
“İki sahil” xəbər verir ki, “Bavariya” səfərdə “Ştutqart”ın qapısından beş cavabsız top keçirib. Münxenlilərin heyətində Harri Keyn het-trik edib. O, görüşün 66-cı, 82-ci və 88-ci dəqiqələrində fərqlənib. Komandanın digər qollarını isə Konrad Laymer (11) və Yosip Stanişiç (78) vurub.
Bu turda “Leypsiq” öz meydanında “Ayntraxt Frankfurt”u darmadağın edib – 6:0. “Bayer Leverkuzen” isə səfərdə “Auqsburq”a uduzub – 0:2. “Volfsburq” ev oyununda “Union Berlin”ə (3:1), “Haydenhaym” isə “Frayburq”a (2:1) qalib gəlib. “Köln” – “St Pauli” görüşündə qalib müəyyənləşməyib – 1:1.
Tura “Hamburq” – “Verder Bremen” və “Borussiya Dotmund” “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun açılış matçında “Borussiya Mönxenqladbax” səfərdə “Maynts” üzərində minimal hesabla qalib gəlib.
Hazırda çempionata 37 xalla “Bavariya” liderlik edir. “Leypsiq” 29 xalla ikinci, bir oyun az keçirən “Borussiya Dortmund” isə 25 xalla üçüncü pillədə qərarlaşıb.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var