"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 24-cü mərhələsi – Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, yarışlar "Yas Marina" avtodromunda keçirilib. İkinci yeri "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.
Əsas yarış bazar günü keçiriləcək. Onun Bakı vaxtı ilə saat 17:00-da başlaması planlaşdırılır.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub