06 dekabr 2025 17:35
92

U-17 Avropa çempionatında 20 boksçumuz mübarizə aparacaq

Azərbaycanı Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan və qızlar arasında keçiriləcək U-17 Avropa çempionatında 20 boksçu təmsil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə  Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) güvənəcək.

Baş məşqçi İlkin Ağayev Avropa çempionatında Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcək.

Beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, dekabrın 10-da startı veriləcək və 9 gün davam edəcək Avropa çempionatında 29 ölkə iştirakını təsdiqləyib.