6 və 7 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “Winter Fairytale” beynəlxalq turniri keçirilir.
“İki sahil” xəbər verir ki, turnirdə 9 ölkənin 28 klubundan ümumilikdə 262 gimnast iştirak edir. Yarışın ilk günündə gimnastlar müxtəlif yaş qrupları üzrə alətsiz və alətlərlə proqramlarda çıxışlarını sərgiləyiblər. Ən yaxşı çıxış sahibləri medallarla mükafatlandırılıblar.
Turnir 7 dekabr tarixində başa çatacaq. Həmçinin turnirin sonunda Olimpiya çempionu Linoy Aşram yarış iştirakçılarına bədii gimnastika üzrə ustad dərsi keçəcək. Ustad dərsi çərçivəsində Olimpiya çempionu gənc gimnastlara bədii gimnastikanın sirləri, yeni texnikalar və təcrübələri haqda danışacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub