06 dekabr 2025 10:11
127

Luis Diasın cəzasının müddəti azaldılıb

Almaniyanın "Bavariya" klubunun hücumçusu Luis Diasın cəzasının müddəti azaldılıb.

“İki sahil” xəbər verir ki,  UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda PSJ (1:2) ilə matçda aldığı qırmızı vərəqəyə görə üç oyunluq cəzalandırılan futbolçunun cəzası Münhen təmsilçisinin müraciətindən sonra 2 matça endirlib. L.Dias oyun zamanı Əşrəf Hakimiyə qarşı ciddi qayda pozuntusuna yol vermiş və rəqibin topuğunun zədələnməsinə səbəb olmuşdu. Forvard yalnız dekabrın 9-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda "Sportinq"lə (Portuqaliya) matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - "Sportinq" matçı dekabrın 9-da, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.