Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir
Ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.
Ədalət dedikdə, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.
Qeyd etmək yerinə düşər ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.
Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə vətəndaşın azadlığının və təhlükəsizliyinin prinsiplərini əsas götürərək demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm işlər görür. Demokratik vətəndaş cəmiyyətinin formalaşmasında istinad olunan prinsiplər aşağıdakılardan ibarətdir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Bu prinsiplər əlbəttə ki, Azərbaycanrn dövlət və hüiquq tarixi ümumdövlət tarixinin tərkib hissəsidir.
Dövlət hüququ konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir.
Bu baxımdan dövlət, hüquq və xalq bunalar ayrılmaz məqamlardır. Bunun hüquqi təməli isə belə başlamışdır.
Yuxarıda sadalanan prinsiplər üzərində referendum yolu ilə Konstitusiya qəbul edilir. Bəli, Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir. Qəbul olunmuş hüquqi qanunlarla vətəndaşın hüquqları və azadlıqları təmin olunur. Azərbaycan dövləti bu qanunları qəbul etməklə dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsini uğurla başa çatdıraraq güclü, qüdrətli və müzəffər Azərbaycan dövlətinin təməlini qoydu.
Vətəndaşın hüquq və azadlıqlarının müdafiəsində etibar etdiyi ən vacib institutlardan biri Ombudsman institutudur
Müasir hüquqi dövlət quruculuğunun ayrılmaz elementlərindən biri və cəmiyyətin insan hüquq və azadlıqlarının müdafiəsində etibar etdiyi ən vacib institutlardan biri Ombudsman institutudur.
Bu anlayış bir çox ölkədə fərqli adlar altında fəaliyyət göstərsə də, əsas mahiyyəti dəyişməz qalır. Əsas vəzifələri vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, dövlət orqanları, yerli özünüidarəetmə strukturları və vəzifəli şəxslərin fəaliyyətində hüquq pozuntularının qarşısını almaqdır.
Tarixə nəzər salsaq görərik ki, Ombudsman institutunun əsası ilk dəfə 1809-cu ildə İsveçdə qoyulub və hazırda dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda bu və ya digər formada tətbiq edilir. Bu baxımdan xatırıladırıq ki, Azərbaycan Respublikasında Ombudsman İnstitutu konstitusion əsaslarla təsis olunmuş və dövlətin demokratik, hüquqi prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Bu institutun yaranması və inkişafı vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi və səmərəli idarəetmənin təmin olunması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Ombudsman institutunun fəaliyyəti insan hüquqlarının real müdafiə mexanizminin formalaşmasına, ən əsası vətəndaşların dövlətə inamının artmasına, hüquq mədəniyyətinin və hüquqi maarifçiliyin yüksəlməsinə xidmət edir. Buna görə də, bu institutun mahiyyətinin, funksiyalarının və əhəmiyyətinin hərtərəfli araşdırılması Azərbaycan cəmiyyətində hüquqi düşüncənin formalaşması və inkişafı baxımından vacibdir.
Maarifləndirmə və idarəetməyə nəzarət dövlət strukturunun bütün sahələrini əhatə edir. Bu, həm də vətəndaş cəmiyyətinin formalaşmasında əsas amillərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, dövlət strukturlarında nəzarətin gücləndirilməsi və müasir tələblərə uyğun mexanizmlərin hazırlanması da mühüm vəzifə olaraq sözügedən institutun öhdəliyini daha da artırır. Müşahidələr onu göstərir ki, Ombudsman tərəfindən aparılan monitorinqlər, şikayətlərin obyektiv araşdırılması və təqdim olunan tövsiyələr dövlət orqanlarının məsuliyyətini artırırmaqla yanaşı, həm də dövlət idarəçiliyində şəffaflığı, məsuliyyəti, öhdəliyi və hesabatlılıığı təmin edir. Bu həm də cəmiyyətin hüquqi səviyyəsinin yüksəldilməsi, hüquq mədəniyyətinin təkmilləşməsi və insan hüquqları anlayışının dərinləşməsi üçün Ombudsmanın maarifləndirici fəaliyyətini önə çıxarır.
İslahatların xronologiyasından məlum olub ki, Ombudsman insan hüquqlarının pozulmasına dair məlumatlar hazırlayıb ilkin hesabatlar tərtib etməklə bu sahələrdə nöqsanların aradan qaldırılmasına nail olub. O cümlədən qanunvericilikdə olan boşluqları və təkmilləşməyə ehtiyacı olan məqamları aşkarlayır və dərhal tədbir görülməsi üçün təkliflərlə çıxış edir. Habelə Ombudsman institutu cəmiyyətin dövlətə və hüquq-mühafizə orqanlarına olan inamı artırmaqla yanaşı, həmçinin ictimai nəzarətin və vətəndaş cəmiyyətinin inkişafında vacib və aparıcı rol oynayır.
Bir media nümayəndəsi olaraq apardığımız araşdırmanın nəticəsinə uyğun onu deyə bilərik ki, Ombudsman institutunun əsas funksiyaları geniş və çoxşaxəlidir.
Məsələyə daha daha geniş aspektdən baxsaq görərik ki, ədalət və hüquq həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malik mütərəqqi anlayışlardandır.
Haqqa, hüquqa və düzgünlük prinsiplərinə, ədalətin və vətəndaşın gözü ilə baxsaq görərik ki, bütün hallarda dövlət vətəndaşının qarantı olmalıdır. Bu, birmənalıdır. Bu mənada müasir tələblərə uyğun qanunlara əlavə və dəyişikliklərin edilməsi dövlətin vətəndaş qarşısında götürdüyü öhdəliklərin miqyasını genişləndirir və məsuliyyətini daha da artırır.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bir daha onu göstərdi ki, bu sahəyə dövlət tərəfindən diqqət daima əsas prioritetlərdən biri kimi dəyərləndirilir.
Hətta bunu xatırlamaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında “vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirlməsinə nail olmaq” barədə tələblər xüsusi vurğulanıb.
Vətəndaş cəmiyyətinini formalaşması bu sahəyə hüququn gözü ilə baxmağı şərtləndirir
Bu mənada vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun vacibliyi bu sahəyə olan diqqəti bir daha gündəmə gətirmişdir. Bununla da dövlət idarəetməsində içtimai iştirakçılığın və vətəndaş cəmiyyətinin ölkənin inkişafında böyük rol oynadığını əsas götürərək, bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması barədə addımlar atıldı. Və qanunla tənzimləndi. Cənab Prezidentin Fərmanı ilə struktur formalaşdı.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il tarixli Fərmanı ilə bağlı müvafiq qərarları QHT-lərin cəmiyyətdə yeri, rolu, vəzifələri, fəaliyyətinin tənzimlənməsi kimi məsələləri dəqiqliklə müəyyən etməklə, QHT-lərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələnin əsasını qoyub...
Söz azadlığı ilə bağlı atılan addım
Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada Azərbaycanda medianın inkişafına kömək ola biləcək qanundakı dəyişikliyi göstərmək olar. Media subyektlərinin informasiya almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin yollarını açdı. Həmçinin informasiya almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin aradan qaldırılmasına şərait yaratdı. Və bu istiqamətdə Ombudsmanın üzərinə düşən hüquq və vəzifələri artırdı. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman haqqında Kontitutsiya qanununun 1.3-cü maddəsinə uyğun olaraq informasiya əldə etmək hüququnu daha da təkmilləşdirildi. Bununla da informasiyanın əldə olunmasına yaradılan süni manelərin aradan qaldırılmasına nail olundu.
“Konstitusiya və Suverenlik İli”
Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.
Dövlətimiz müzəffər ordusu ilə öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlamışdır. Bu antiterror tədbiri cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Qeyd edək ki, Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində bütün ərazilərində suverenliyini tam bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.
Elə bu da medianın inkişafı istiqamətində böyük gözləntilərin olacağına inamı artırmaqdadır.
Subut Mehdiyev
Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Jurnalist yazı müsabiqəsinə təqdim edilir