UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" klubunun səfər proqramı bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Amsterdam təmsilçisi dekabrın 8-də, axşam saatlarında paytaxtda olacaq. Dekabrın 9-da matçın keçiriləcəyi stadionda komandanın mətbuat konfransı və açıq məşqçi baş tutacaq. "Ayaks" matçdan sonra Niderlanda qayıdacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var