04 dekabr 2025 10:07
74

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 2 % artıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edib.

"İki sahil" bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur. Vergi daxilolmaları proqnozdan 5,1 % çox icra edilib. 11 aylıq vergi daxilolmalarının 11 milyard 187,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,7 %, proqnozdan isə 2,7 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 11 ay ərzində həmin məbləğin 98,8 %-i təmin olunub.