Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.
“İki sahil” xəbər verir ki, Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bildirib ki, "İdman paytaxtı"na hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"-nın loqosu hazırlanıb. “Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir" - deyə, Ə.Məsmalıyev əlavə edib.
İdarə rəisi onu da bildirib ki, İdman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var