02 dekabr 2025 15:46
76

Avropa İttifaqı Ermənistana bu qədər vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 50 milyon avro vəsait ayıracaq.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ–Ermənistan Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Aİ Ermənistan üçün 50 milyon avro ayırdığını məmnuniyyətlə elan edir. Vəsait xüsusilə minatəmizləmə səylərinə və regionda etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə yönəldiləcək. Maliyyəmiz, həmçinin xarici müdaxilənin aşkar edilməsi və ona qarşı mübarizəyə sərf olunacaq,” – deyə Kallas bildirib.

O, çıxışı zamanı bəzi “Rusiya strukturlarını” Ermənistandakı vəziyyətə təsir göstərməkdə ittiham edib.