02 dekabr 2025 13:45
97

Ağ Ev: Tramp bu gün bəyanat verəcək

Ağ Ev tərəfindən dərc edilən ABŞ prezidentlik cədvəlinə əsasən, ABŞ prezidenti Donald Tramp 2 dekabrda yeni bir bəyanat verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Trampın nə haqqında danışacağı açıqlanmayıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovf arasında Moskvada keçiriləcək görüş təxminən beş saatdan sonra başlayacaq.