02 dekabr 2025 11:43
115

CNN: Tramp Kuşnerə tam etibar edir

ABŞ Prezidenti Donald Tramp kürəkəni və Ukrayna üzrə danışıqçı Cared Kuşnerə tam etibar edir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Tramp Kuşneri xarici siyasət məsələlərində "yaxın sirdaşı" kimi görür.

Məlumatda qeyd edilir ki, Kuşner bir çox insanın, hətta Prezidentin ətrafındakıların ən yüksək eşelonlarında belə çatışmayan nadir bir keyfiyyətə malikdir - Trampın tam etibarı.