İsveç qışdan əvvəl ehtiyacları ödəmək üçün Ukraynaya 116 milyon dollar ayıracaq.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə İsveç hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilib.
Qeyd olunur ki, yeni yardım paketindən əldə edilən vəsait Ukraynanın "ən təcili ehtiyaclarını ödəmək üçün" istifadə olunur.