02 dekabr 2025 11:28
113

Dünyada sülh üçün vacib gün

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri fonunda 2 dekabr dünyada sülh üçün vacib bir gündür.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya tərəfindən danışıqlarda iştirak edən RDIF-in baş direktoru Kirill Dmitriyev deyib.

"Sülh üçün vacib bir gün: Prezident Trampın Qəzza sülh müqaviləsini hazırlayan komanda Trampın Ukraynadakı sülh proqramını təşviq etmək üçün Moskvaya gələcək", - deyə o, sosial media hesabında yazıb.