02 dekabr 2025 11:04
115

Aİ və Ermənistan Brüsseldə yeni tərəfdaşlıq gündəliyi imzalayacaq

Ermənistan və Avropa İttifaqı (Aİ) bu gün Brüsseldə keçiriləcək Tərəfdaşlıq Şurasının iclasının yekunları üzrə "Strateji Tərəfdaşlıq Gündəliyi" imzalayacaq.

"İki sahil" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos bildirib. Sənədi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq.

"Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçiriləcək. İclasda Ermənistan və Aİ arasında yeni "Strateji Tərəfdaşlıq Gündəliyi"ni qəbul edəcəyik", - o bildirib. Yeni tərəfdaşlıq gündəliyi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcək. M.Kos əlavə edib ki, Aİ qarşıdakı parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlər, dezinformasiyanın yayılması və kiberhücumlara qarşı mübarizədə Ermənistana dəstək göstərəcək.

Daha əvvəl Kallas, Marta və Mirzoyanın müzakirələrin yekunları üzrə birgə mətbuat konfransı keçirəcəkləri barədə məlumat verilmişdi.